Birxeber.az / Azərbaycan səfirliyi Hyustonda səyyar konsulluq xidməti təşkil edəcək

Azərbaycan səfirliyi Hyustonda səyyar konsulluq xidməti təşkil edəcək

12-03-2024, 17:40

Martın 17-də ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tələb olunan sənədlərə dair ətraflı məlumat səfirliyin rəsmi internet saytının müvafiq bölməsindən əldə oluna bilər.

ABŞ-nin #Hyuston şəhəri və ətraf ərazilərdə yaşayan #Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə️ pic.twitter.com/2oaPUoVmRz

— Azerbaijan Embassy US (@azembassyus) March 12, 2024
Geri qayıt