Birxeber.az / Paralimpiya və qeyri-olimpiya növləri üzrə ən yüksək nəticələr göstərmiş idmançı və məşqçilər mükafatlandırılacaq

Paralimpiya və qeyri-olimpiya növləri üzrə ən yüksək nəticələr göstərmiş idmançı və məşqçilər mükafatlandırılacaq

20-01-2024, 12:40

Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə keçirilən Dünya çempionatında azı 20 ölkə komandası və hər fərdi proqramda azı 12 ölkənin idmançısı, Avropa çempionatında isə azı 16 ölkə komandası və hər fərdi proqramda azı 10 ölkənin idmançısı iştirak etməlidir.

Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:

Geri qayıt