Birxeber.az / KİV: Aİ Rusiyaya ballistik raket tədarükü fonunda İrana qarşı yeni tədbirləri müzakirə edəcək

KİV: Aİ Rusiyaya ballistik raket tədarükü fonunda İrana qarşı yeni tədbirləri müzakirə edəcək

12-03-2024, 16:50

Avropa İttifaqı (Aİ) liderləri İranın Ukraynaya qarşı istifadəsi üçün Rusiyaya ballistik raketlər ötürə biləcəyi xəbərləri fonunda İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı liderlərinin martın 21-22-də keçiriləcək sammitinin yekun layihəsi ilə tanış olan “Reuters” məlumat yayıb.

“Avropa İttifaqı Şurası üçüncü tərəfləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırır. İranın Ukraynaya qarşı istifadə etməsi üçün Rusiyaya ballistik raketlər və müvafiq texnologiya ötürə biləcəyi ilə bağlı xəbərlər çox narahatlıq doğurur. Avropa İttifaqı beynəlxalq tərəfdaşlarla İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə tez və koordinasiyalı şəkildə cavab verməyə hazırdır”, – layihə mətnində qeyd edilib.

Layihədə həmçinin bildirilib ki, Aİ liderləri Ali Nümayəndə Cozep Borrell və Komissiyanı Belarus, Şimali Koreya və İrana qarşı əlavə sanksiyalar hazırlamağa çağıracaqlar.

Geri qayıt