Birxeber.az / Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

12-03-2024, 16:40

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Ağdam rayonunda vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə "Birxeber.Az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, 15 mart 2024-cü il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Geri qayıt