Birxeber.az / İsveçrə səfiri Rusiya XİN-ə çağırılıb

İsveçrə səfiri Rusiya XİN-ə çağırılıb

12-03-2024, 15:50

İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, İsveçrə parlamentinin Rusiyanın aktivlərinin müsadirə edilməsi mexanizmini işə saldığına görə səfirə etiraz edilib.

İsveçrə səfirinə ölkə parlamentinin Rusiya Federasiyasının dövlət aktivlərinin müsadirə edilməsinə təşəbbüs göstərməsi ilə bağlı qərarı ilə əlaqədar demarş elan edilib. Rusiyanın əmlakının müsadirə ediləcəyi təqdirdə Moskvanın qaçılmaz cavab verəcəyi səfirin diqqətinə çatdırılıb.

Rusiya XİN-dən bildirilib ki, Rusiya aktivlərinin müsadirəsi dövlət səviyyəsində oğurluq hesab olunacaq.

Geri qayıt