Birxeber.az / Azad edilmiş ərazilərdə 5 milyon manatadək kreditlər subsidiyalaşdırılacaq

Azad edilmiş ərazilərdə 5 milyon manatadək kreditlər subsidiyalaşdırılacaq

12-03-2024, 14:50

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpası və investisiya qoyuluşlarının sürətlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu bölgədə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi yaradılıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”sosial şəbəkəsində paylaşım edib.

“Sahibkarlar "Elektron kredit zəmanət" informasiya sistemi vasitəsilə dəstək mexanizmindən faydalana bilərlər:

5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti;

Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması.

Kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiqi” - deyə Mikayıl Cabbarov paylaşımda bildirib.

Geri qayıt