Birxeber.az / Zahid Oruc: Yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı məsuliyyət müəyyən olunmalıdır

Zahid Oruc: Yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı məsuliyyət müəyyən olunmalıdır

12-03-2024, 13:40

Azərbaycanda yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Bu məsələ həllini tapmalıdır.

"Birxeber.Az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 12-də qohum nikahları ilə bağlı ictimai dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, qanunvericilikdə qohum nikahları bir və ikinci dərəcəli qohumluğa aid edilsə də, üçüncü və dördüncü dərəcəli qohumluqlara şamil olunmur.

"Dövlət rəsmilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır.

2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, bu statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər", - Z.Oruc bildirib.

Geri qayıt