Birxeber.az / İran, Çin və Rusiya birgə dəniz təliminə başlayır

İran, Çin və Rusiya birgə dəniz təliminə başlayır

12-03-2024, 12:50

İran, Rusiya və Çinin hərbi gəmiləri birgə təlimin ümumi sahəsinə daxil olublar. Hind okeanının şimalında keçiriləcək təlimlər bu gecə başlacaq. Bu, İran, Çin və Rusiyanın iştirakı ilə keçiriləcək və gələcəkdə də davam edəcək dördüncü birgə təlimdir.

APA xəbər verir ki, bu barədə "Dəniz təhlükəsizlik kəməri 2024” təliminin sözçüsü kontr-admiral Mustafa Tac Əldini "Tasnim"ə bildirib.

Qeyd edək ki, təlimdə Oman, Azərbaycan, Qazaxıstan, Pakistan və Cənubi Afrika Respublikasının nümayəndələri də iştirak edəcək.

Geri qayıt