Birxeber.az / ABŞ kəşfiyyatı: Rusiya nüvə silahı imkanlarını modernləşdirməyə davam edəcək

ABŞ kəşfiyyatı: Rusiya nüvə silahı imkanlarını modernləşdirməyə davam edəcək

12-03-2024, 12:50

"Rusiya nüvə silahı imkanlarını modernləşdirməyə davam edəcək, ən böyük və müxtəlif nüvə silahı ehtiyatını saxlayacaq".

APA xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin illik "Risk Qiymətləndirmə" hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Moskva özünün nüvə imkanlarını ABŞ və NATO-ya qarşı potensial münaqişədə çəkindirməni qorumaq və məqsədlərinə çatmaq üçün zəruri hesab edir və bunu (nüvə silahını -red.) Rusiya Federasiyasının son zəmanəti kimi görür.

"Rusiyanın döyüş meydanında tez və qəti qələbə qazana bilməməsi, Ukraynanın Rusiya daxilinə zərbələrinə görə Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar artırmağa davam edir. 2023-cü ildə Putin Minskin çoxdankı müraciətinə cavab olaraq nüvə silahını Belarusa köçürməyə hazır olduğunu açıq şəkildə bəyan edib.
Moskva ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinə nüfuz etmək və ya yan keçmək üçün nəzərdə tutulmuş uzun mənzilli nüvə qabiliyyətli raketləri və sualtı çatdırılma sistemlərini inkişaf etdirməyə davam edəcək. Rusiya nüvə və ya adi döyüş başlıqlarını çatdırmağa qadir olan geniş və müxtəlif qeyri-strateji sistemlərini genişləndirir və modernləşdirir, çünki Moskva hesab edir ki, bu cür sistemlər düşmənləri çəkindirmək, potensial hərbi əməliyyatların eskalasiyasına nəzarət etmək və ABŞ və müttəfiqlərin qüvvələrinə qarşı çıxmaq üçün seçimlər təklif edir", hesabatda bildirilib.

Geri qayıt