Birxeber.az / Təhsilin İnkişafı Fondu auditor seçib

Təhsilin İnkişafı Fondu auditor seçib

12-03-2024, 12:40

Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Birxeber.Az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə Fondun maliyyə hesabatlarının auditinin aparılmasına görə 5 min manat ödəniləcək.

Geri qayıt