Birxeber.az / "Qarabağ"ın qapıçısı Rusiya millisinin yekun heyətinə daxil edilib

"Qarabağ"ın qapıçısı Rusiya millisinin yekun heyətinə daxil edilib

12-03-2024, 12:40

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.

Yığmanın təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.

Qeyd edək ki, martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer alıb.

Geri qayıt