Birxeber.az / Devid Kameron Türkiyədə aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək

Devid Kameron Türkiyədə aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək

25-01-2024, 16:40

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron (David Cameron) Yaxın Şərq turnesi çərçivəsində 25-26 yanvarda Türkiyəyə səfərdə olacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, o cümlədən aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, D.Kameron Türkiyədən sonra Qətərə gedəcək.

Geri qayıt