Birxeber.az / Gəncədə qəza olub, xəsarət alan var

Gəncədə qəza olub, xəsarət alan var

12-03-2024, 10:50

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hərəkətdə olan "KİA SERANTO" ilə "TOYOTA " markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra minik maşınlarından biri yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt