Birxeber.az / İranda polis zabiti öldürülüb

İranda polis zabiti öldürülüb

12-03-2024, 10:50

İranda narkotik qaçaqmalçıları ilə qarşıdurmada polis zabiti öldürülüb.

APA xəbər verir ki, bu barədə Sistan və Bəlucistan Polis Məlumat Mərkəzindən bildirilib.

Mehristanda narkotik qaçaqmalçıları polis əməkdaşlarına atəş açıb, ağır yaralanan polis zabiti Hüseyn Şibək xəstəxanaya aparılarkən ölüb.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində işlər aparılır.

Geri qayıt