Birxeber.az / Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

12-03-2024, 10:40

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 109 manatdır.

İddiaçılar təkliflərini aprelin 6-na qədər SİF-in Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 6-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Geri qayıt