Birxeber.az / "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibinin futbolçusu zədələnib

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibinin futbolçusu zədələnib

25-01-2024, 16:40

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa"nın futbolçusu Bruma zədələnib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı vinger sağ dizindən xəsarət alıb. O, yanvarın 29-da əməliyyat olunacaq.

Onun 4-6 həftədən sonra sıraya dönə biləcəyi vurğulanıb. Beləliklə, Bruma Azərbaycan çempionu ilə qarşılaşmalarda meydana çıxa bilməyəcək.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Xatırladaq ki, Bruma Türkiyədə "Qalatasaray" və "Fənərbağça"nın formasını geyinib. O, 2014/2015 mövsümündə "sarı-qırmızılar"la Superliqanın qalibi olub.

Geri qayıt