Birxeber.az / Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

12-03-2024, 08:50

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 m² sahədə, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt