Birxeber.az / Aİ ölkələri öz hərbi-sənaye kompleksini müstəqil şəkildə maliyyələşdirməyə başlayacaqlar

Aİ ölkələri öz hərbi-sənaye kompleksini müstəqil şəkildə maliyyələşdirməyə başlayacaqlar

12-03-2024, 04:40

Avropa İttifaqının (Aİ) üzvləri tezliklə öz hərbi-sənaye komplekslərini (HSK) müstəqil şəkildə maliyyələşdirməyə başlayacaqlar.

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Avroqrupun sədri Paskal Donohyu bildirib.

“Fikrimcə, ən azı qısamüddətli perpektivdə bu maliyyələşmə nazirlərin qəbul etdiyi hökumət qərarlarından asılı olacaq”, – Donohyu vurğulayıb.

Avroqrupun başçısı qeyd edib ki, Aİ ölkələri öz hərbi-sənaye kompleksinin birgə maliyyələşdirilməsinin yeni üsuluna keçidlə bağlı razılığa gələ bilərlər, lakin bu, uzunmüddətli perspektivdə baş verəcək.

Geri qayıt