Birxeber.az / "Qarabağ" klubu “Bayer 04” ilə səfər oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib

"Qarabağ" klubu “Bayer 04” ilə səfər oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib

12-03-2024, 01:40

"Qarabağ" klubu “Bayer 04” ilə səfər oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.

Klubdan "Report"a bildirilib ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer 04” (Almaniya) - “Qarabağ” matçında komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılan biletlər (1790 ədəd) "iticket.az"da satışa çıxarılıb.

Biletin qiyməti 31 manat təşkil edir.

Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılan SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişmək mümkün olacaq.

Bilet alarkən istifadə edilən vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.

Geri qayıt