Birxeber.az / Qazaxıstan Prezidenti Mili Məclisin sədri ilə görüşüb

Qazaxıstan Prezidenti Mili Məclisin sədri ilə görüşüb

11-03-2024, 20:50

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

APA-nın “Sputnik Kazaxstan”a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti görüşdə bildirib ki, iki ölkənin əməkdaşlığı miqyasına və perspektivlərinə görə heyranlıq doğurur.

Kasım-Jomart Tokayev qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin strateji xarakterindən danışarkən ilk növbədə neft və qaz, nəqliyyat və logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, sənaye və s. kimi sahələr yada düşür.

Sahibə Qafarova deyib ki, iki ölkənin parlamentləri arasında dərin və işgüzar münasibətlər formalaşıb.

Geri qayıt