Birxeber.az / MN-in Hərbi Polis İdarəsinin həbsdə olan sabiq maliyyə rəisinin məhkəməsi başlayıb

MN-in Hərbi Polis İdarəsinin həbsdə olan sabiq maliyyə rəisinin məhkəməsi başlayıb

11-03-2024, 17:50

Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Birxeber.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 18-nə təyin edilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. Yoxlamalar zamanı onun 1 900000 manat mənimsədiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. S.Hacıyev qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını deyib.

Geri qayıt