Birxeber.az / "Real"ın baş məşqçisi türkiyəli futbolçunu tərifləyib

"Real"ın baş məşqçisi türkiyəli futbolçunu tərifləyib

11-03-2024, 17:40

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.

"Birxeber.Az"un MARCA-ya istinadən məlumatına görə, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu barədə xoş fikirlər səsləndirib: "Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" (4:0) matçında Arda Gülər "Kral klubu"nun dördüncü qoluna imza atıb.

Geri qayıt