Birxeber.az / Qazaxıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Qazaxıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

11-03-2024, 16:40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Birxeber.Az" xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Geri qayıt