Birxeber.az / Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

11-03-2024, 15:50

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Birxeber.Az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Geri qayıt