Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Birxeber.Az - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını traktorun qoşqusuna çırpılıb. Nəticədə 3 nəfərin xəsarət aldığı bildirilir. Onlar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.