Birxeber.az / Bakıda Beynəlxalq "Visa Nağdsız Forumu" keçiriləcək

Bakıda Beynəlxalq "Visa Nağdsız Forumu" keçiriləcək

11-03-2024, 14:50

Martın 14-də Bakıda Beynəlxalq Visa Nağdsız Forumu (Visa Cashless Forum 2024) keçiriləcək.

Bu barədə "APA-Economics"ə Visa şirkətindən bildirilib. Məlumata görə, bu ilki tədbir "Rəqəmsal Azərbaycan” şüarı altında keçiriləcək.

Qeyd edilib ki, Visa Cashless Forum maliyyə sənayesində ən son tendensiyalara həsr olunmuş Visa-nın Mərkəzi Asiya və Cənub-Şərqi Avropa regionunda ən mühüm toplantılarından biridir. Rəqəmsal ödəmələrin və nağdsız iqtisadiyyatın gələcəyi, Azərbaycanın maliyyə bazarının və bank sektorunun transformasiyası, həmçinin yeni texnologiyalar və innovativ ödəmə həlləri ətrafında fikir mübadiləsi aparmaq üçün 2024 ildə Foruma 300-dən artıq iştirakçı qatılacaq. Visa şirkətinin top-menecerləri, dövlət və özəl sektorunun nümayəndələri, eləcə də ödəmə texnologiyaları və maliyyə bazarları üzrə beynəlxalq və regional ekspertlər tədbirin məruzəçiləri arasında yer alacaqlar.

Geri qayıt