Birxeber.az / Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45 %-ə qaldırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45 %-ə qaldırıb

25-01-2024, 15:40

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Birxeber.Az” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 42,5 %-dan 45 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 21-də keçirilmiş iclasında 40%-dan 42,5 %-ə çatdırılmışdı.

Geri qayıt