Birxeber.az / Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

11-03-2024, 13:40

Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb.

“Report”un Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, mötəbər yarışda 4 gimnast mübarizə aparacaq.

Bunlar Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevdir. Dünya Kuboku martın 13-14-də təşkil olunacaq.

Geri qayıt