Birxeber.az / Bu il 8000-ə yaxın şəxsə əlillik təyin edilib

Bu il 8000-ə yaxın şəxsə əlillik təyin edilib

11-03-2024, 12:50

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Geri qayıt