Birxeber.az / İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

25-01-2024, 15:40

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 27 min manat ödəniləcək.

Geri qayıt