Birxeber.az / Bakıda Ermənistanla bağlı kitabların yayılması barədə məlumatlar araşdırılır

Bakıda Ermənistanla bağlı kitabların yayılması barədə məlumatlar araşdırılır

11-03-2024, 12:50

Sosial şəbəkələrdə naməlum şəxslərin Bakıda Ermənistanla bağlı kitablar yayması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, qeyd olunan ünvana kitabların qoyulması barədə yayılan məlumatlar üzrə araşdırma aparılır.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

Geri qayıt