Birxeber.az / AFFA “Neftçi” və “Sabah”ı cərimələyib

AFFA “Neftçi” və “Sabah”ı cərimələyib

25-01-2024, 15:40

AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah”ı Azərbaycan Premyer Liqasının XIX turunda komandalar arasında keçirilən oyundakı neqativ hallara görə cərimələyib.

“Report” xəbər verir ki, “ağ-qaralar” 2200, “bayquşlar” isə 800 manat ziyana düşüb.

“Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat cərimə ödəməli olacaq.

“Bank Respublika Arena”dakı qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat xərcə salıb.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

Geri qayıt