Birxeber.az / Rusiyada kanalizasiya-nasos stansiyası partlayıb, ölən və yaralananlar var

Rusiyada kanalizasiya-nasos stansiyası partlayıb, ölən və yaralananlar var

25-01-2024, 14:50

Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində kanalizasiya-nasos stansiyasında partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, regionun səlahiyyətliləri və fövqəladə hallar xidməti hadisə nəticəsində ölənlərin olduğunu bildirib.

Ümumilikdə 10 nəfər stansiya binasının dağıntıları altında qalıb. Fövqəladə Hallar Nazirliyi 3 nəfərin həkimlərə çatdırıldığını, 1 nəfərin isə həyat əlaməti olmadan dağıntılar altından çıxarıldığını açıqlayıb.

İlkin məlumatlara görə, binanın zirzəmisində metan balonunun partlaması baş verib. Partlayışdan sonra yanğın olmayıb. Regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Geri qayıt