Birxeber.az / Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiyanı 22,5 faiz bəndi qabaqlayır

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiyanı 22,5 faiz bəndi qabaqlayır

25-01-2024, 14:50

Rusiyada qazlaşma səviyyəsi 2023-ci ilin nəticələrinə görə 73,8% təşkil edib.

Birxeber.Az-Economics”in verdiyi xəbərə görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Enerji Siyasəti” jurnalı üçün məqaləsində bildirib.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin nəticələrinə görə, bu göstərici 73% təşkil edir. Beləliklə, illik müqayisədə Rusiyada qazlaşma səviyyəsi 0,8 faiz bəndi artıb.

Məqalədə bildirir ki, qeyd olunan göstəricini 83%-ə çatdırmaq məqsədi qoyulub.

Qeyd edək ki, Azərbaycanda qazlaşma səviyyəsi 96,3% üzərindədir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı təqribən 22,5 faiz bəndi qabaqlayır.

Geri qayıt