Birxeber.az / Azərbaycanda özəl sektorun nəqliyyat sahəsinə stimullaşdırılması təklif edilir

Azərbaycanda özəl sektorun nəqliyyat sahəsinə stimullaşdırılması təklif edilir

11-03-2024, 11:40

Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən özəl şirkətlərə güzəştlər tətbiq edilə, subsidiyalar və yaxud faizsiz kreditlər verilə, bu yolla özəl sektor həmin sahəyə pul qoymağa stimullaşdırıla bilər.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Vüqar Bayramov bildirib.

"Özəl sektorun daha çox stimullaşdırılmasına ehtiyac var. Nəqliyyatda, xüsusən ictimai nəqliyyatda problemlərin həlli özəl sektorun cəlb edilməsi ilə mümkündür", - deyə o qeyd edib.

Geri qayıt