Birxeber.az / İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

11-03-2024, 11:40

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və sürüşmə qurbanlarının sayı 26 nəfərə çatıb.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Xilasetmə Əməliyyatları Mərkəzi (BNPB) məlumat yayıb.

Məlumata görə, xilasedicilər hələ də 11 nəfəri axtarır.

Qeyd edək ki, 80 min insan evakuasiya olunub.

Geri qayıt