Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. 1954-cü il təvəllüdlü Ağamirzəyev Nəriman Fərman oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil, 1978-ci il təvəllüdlü Etibar Məmmədovun idarə etdiyi "İsuzu" markalı evakuatora arxadan çırpılıb.
Qəza nəticəsində “VAZ” yoldan çıxaraq ağaca çırpılıb, E.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.