Birxeber.az / Qarölçmə işləri davam edir

Qarölçmə işləri davam edir

11-03-2024, 10:50

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur.

Xidmətdən Birxeber.Az-ya verilən xəbərə görə, aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 sm, Filizçay-Kasadağ marşrutunda 40-55 sm qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.

Geri qayıt