Birxeber.az / Satjan Ablaliyev: Bu il Orta Dəhlizlə yükdaşımaların həcminin artırılması planlaşdırılır

Satjan Ablaliyev: Bu il Orta Dəhlizlə yükdaşımaların həcminin artırılması planlaşdırılır

11-03-2024, 10:40

Bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcminin artırılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında deyib.

“Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları 1,5 dəfə artaraq 4,2 milyon tona çatıb. Bundan başqa, keçən il Orta Dəhliz üzrə daşıma 65 % artıb”, - o bildirib.

Onun sözlərinə görə, yükdaşımaların artması bir sıra şirkətlərin dəmir yolu daşımalarında güzəştlər əldə etməsi ilə bağlıdır: “Üstəlik, Çindən konteyner daşımaları 3 dəfə artıb”.

S.Ablaliyev vurğulayıb ki, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsində təkcə region ölkələri maraqlı deyil.

Geri qayıt