Birxeber.az / ASK və "Atameken" Sahibkarlar Milli Palatası Anlaşma Memorandumu imzalayıb

ASK və "Atameken" Sahibkarlar Milli Palatası Anlaşma Memorandumu imzalayıb

11-03-2024, 10:40

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi ASK-nın prezidenti Məmməd Musayev və "Atameken" Sahibkarlar Milli Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov imzalayıblar.

İmzalanma Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası çərçivəsində baş tutub.

Geri qayıt