Birxeber.az / Cəbrayılda azad edilən kənddən tank mərmisi aşkarlanıb

Cəbrayılda azad edilən kənddən tank mərmisi aşkarlanıb

11-03-2024, 09:50

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunundan Birxeber.Az-ya verilən xəbərə görə, rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkar edilib.

Araşdırma aparılır.

Geri qayıt