Birxeber.az / Azərbaycanda etiket istehsalçısına 1 milyon manat güzəştli kredit ayrılıb

Azərbaycanda etiket istehsalçısına 1 milyon manat güzəştli kredit ayrılıb

25-01-2024, 14:40

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - deyə nazir qeyd edib.

Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 mln. ₼ məbləğində #güzəştlikredit ayrılıb. Layihə üzrə illik 1.500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub.#SİF #EconomyAz pic.twitter.com/LirWkZT9nm

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 25, 2024
Geri qayıt