Birxeber.az / Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

10-03-2024, 22:40

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Rusiyanın Yakutsk şəhərində keçirilən gənclər arasında Roman Dmitriyev memorialında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı beynəlxalq turnirin yarımfinalında məğlub olsa da, üçüncü yer uğrunda görüşdə yerli güləşçi Andrey Rumyantsevə qalib gəlib.

Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edən digər güləşçilər Ayxan Abdullazadə (65 kq) və İsmayıl Rəhimli (70 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.

Geri qayıt