Birxeber.az / Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirilib

Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirilib

10-03-2024, 18:40

Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Birxeber.Az"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Geri qayıt