Birxeber.az / Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

25-01-2024, 13:50

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

APA TASS-a istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin təsdiqindən sonra Konstitusiya Məhkəməsinə göndəriləcək.

Burada baxıldıqdan sonra isə tam ratifikasiya üçün parlamentə göndəriləcək.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin 20 noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.

Geri qayıt