Birxeber.az / Ağsuda yol qəzası olub, 40 yaşlı kişi yaralanıb

Ağsuda yol qəzası olub, 40 yaşlı kişi yaralanıb

10-03-2024, 16:50

Ağsunun Kalfa kənd ərazisində avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu çay ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nəbiyev Agaməlik Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Avtomobil də olan digər şəxsin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt