Birxeber.az / Macarıstan parlamenti İsveçin NATO üzvlüyü ilə bağlı növbədənkənar iclas keçirməyəcək

Macarıstan parlamenti İsveçin NATO üzvlüyü ilə bağlı növbədənkənar iclas keçirməyəcək

25-01-2024, 13:50

Macarıstan parlamenti hazırda xüsusi vəziyyət olmadığı üçün İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası ilə əlaqədar növbədənkənar iclas keçirməyəcək.

APA xəbər verir ki, bunu parlamentin spikeri Laslo Köver deyib.

Spiker müxalifət partiyalarından hansınınsa növbədənkənar iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyinə şübhə etməyib.

“Lakin yəqin ki, əlahiddə iclas olmayacaq. Ümumiyyətlə, mən heç bir müstəsna vəziyyətin olmadığını düşünürəm" - o deyib.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib. Macarıstan parlamenti isə İsveçin müraciətinə hələ səs verməmiş yeganə müttəfiq ölkə olaraq qalır.

Geri qayıt