Birxeber.az / Bosfor boğazında duman səbəbindən gəmilərin hərəkəti dayandırılıb

Bosfor boğazında duman səbəbindən gəmilərin hərəkəti dayandırılıb

10-03-2024, 12:40

Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.

Hazırda növbədə 301 gəmi var.

Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.

Geri qayıt