Birxeber.az / Zərdabda Qarasu çayının sahilində silah-sursat aşkarlanıb

Zərdabda Qarasu çayının sahilində silah-sursat aşkarlanıb

10-03-2024, 11:40

Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilində silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd tapança, 34 patron və daraq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Geri qayıt