Birxeber.az / Rusiya aviasiyası Suriyada silahlıların iki bazasını vurub

Rusiya aviasiyası Suriyada silahlıların iki bazasını vurub

10-03-2024, 00:50

Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasını məhv edib.

APA xəbər verir ki, bu barədə “Russia Today” agentliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşhani-Tahtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, silahlılar Suriya ordusunun mövqelərinə gün ərzində bir dəfə zərbə endiriblər.

Geri qayıt